General üç yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 3 rayona yeni polis rəisi təyin edilib.

XALQ.AZ xəbər verir ki, polis polkovniki Ayaz Cəfərov Lerik Rayon Polis Şöbəsinə rəis təyin edilib. A.Cəfərov bir neçə ay əvvəl İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılmışdı.

Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.