General vəzifədən azad edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

XALQ.AZ Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, işdən çıxarılan general 06.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/