General Yaşar Büyükanıt vəfat etdi

Türkiyənin 25-ci Baş Qərargah rəisi (2006-2008-ci illərdə), istefada olan orgeneral Yaşar Büyükanıt bu gün səhər saatlarında İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

XALQ.AZ xəbər verir ki, general ürək çatışmazlığından əziyyət çəkirmiş.

Qeyd edək ki, Y.Büyükanıt bir gün öncə həyat yoldaşını torpağa vermişdi.