General yeni rəis təyin etdi

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

XALQ.AZ məlumat verir ki,  daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.

O bu gün işləyəcəyi kollektivə təqdim edilib.

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.