General yeni rəislər təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

XALQ.AZ məlumat verir ki,  Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantl Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu PPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikmət Vəliyev təyin edilib.

Nərimanov RPİ-nin müstəntiqi, polis kapitani Abdulsəməd Cəfərov vəzifəsindən azad olunaraq Səbail RPİ-nin baş əməliyyat müvəkkili təyin olunub.