Vəzifəli şəxslər barədə cinayət işi başlanıldı

Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.

XALQ.AZ  xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur: “Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların da istintaqı davam etdirilir”.

 

 

Orxan