Gömrükdə əməliyyat

Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21901” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

 

XALQ.AZ xəbər verir ki, yoxlama zamanı, avtomobilin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən xeyli miqdarda – 32 adda dərman preparatları, 60 ədəd tibbi gigienik şam və müxtəlif dərman preparatlarına məxsus, cəmi 97 boş qutu və plastik qablar aşkar edilib.

Bu mallar avtomobilin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlarda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulan yerin altındakı örtüyün arxasında olan boşluqda, hava filtrinin içərisində, arxa sağ və sol qapıların örtüklərinin arxasındakı boşluqlarda və nəhayət, yük yerindəki ehtiyat təkərin içərisində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

19_04_12_1555065493.jpg

 

Orxan