Gömrükdə əməliyyat

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mazda 3” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 1 ədəd “Redmi Note 7” , 1 ədəd “Redmi S 2” , 4 ədəd “Samsung Galaxy A50”, 1 ədəd “Samsung Galaxy A30”, 1 ədəd, “Samsung Galaxy A20”, 1 ədəd “Samsung Galaxy A7 2018” markalı mobil telefonlar, 1 ədəd “qulaqlıq”, mobil telefon üçün 6 ədəd qutu, 3 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.

 

Orxan