Gömrükdə əməliyyat keçirildi

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı avtomobil “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

XALQ.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu barədə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə məlumat daxil olub.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd ” Samsung Galaxy J2 pro” və 6 ədəd ” Samsung Galaxy J3 pro” telefonları aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

 

 

Orxan