Gömrükdə kim 2 milyon dollarla tutuldu

Hebs

 

 

2016-cı ildə Azərbaycandan ixrac 2015-ci illə müqayisədə 28,17% azalaraq 12,729 mlrd. manatdan 9,143 mlrd. manata düşüb.

XALQ.AZ Report-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, ötən il idxalda da azalma müşahidə edilib: “Əgər 2015-ci ildə idxal 9,216 mlrd. manat olubsa, 2016-cı ildə bu rəqəm 8,253 mlrd. manata düşüb”.

A.Əliyev onu da qeyd edib ki, ötən il gömrükçülər 2 mln. ABŞ dolları məbləğində vəsaitin Azərbaycandan qanunsuz çıxarılmasının qarşısını alıblar.