Goranboy sakini özünü asdı

 

99

Mingəçevir şəhərində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin “Şəfa” bağ massivində qeydə alınıb. Goranboy rayon sakini, 1962-ci il təvəllüdlü Quliyev Oqtay Həsən oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, Oqtay Quliyev ikinci dəfə ailə həyatı qurduğu 1971-ci il təvəllüdlü Musayeva Leyla Rəhim qızına məxsus evdə onunla birgə yaşayıb. Bir uşaq atası olan Oqtay Quliyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.