Görünməmiş bəla (FOTO)

Bas

Avstraliyada dəhşətli hadisə baş verib.

Xalq.az-ın “Brisbane Times” agentliyinə istinadən verdiyi məlumata görə, Brisban kəndində 55 yaşlı kişi görünməmiş bəla ilə üzləşib.

Belə ki, üzündə xərçəng şişi olan kişi həkimlərin müalicəsindən xeyir tapa bilmədiyi üçün ara həkiminə müraciət edib. Ara həkimi kişinin yarasına xüsusi hazırladığı məlhəm sürtüb. Bir neçə gün həmin məlhəmi gicgahında saxlayan kişi sonradan dəhşətli mənzərə ilə üzləşib. Onun gicgahında 2 sm. deşik yaranıb.

Xəstəxanaya yerləşdirilən kişini müayinə edən həkimlər indiyə qədər belə bir hadisə ilə rastlaşmadıqlarını bildiriblər. Həkimlər yaranan deşiyin üç ay müalicədən sonra bağlana biləcəyini deyirlər.

Bas