Göycaydan şikayət – Başçının tapşırığı ilə torpaqlar zəbt olunub

1591083555 54399

Göyçay rayonunun Xəlitli kəndində etiraz aksiyası keçirilib. 

XALQ.AZ xəbər verir ki, kənd sakinləri Göyçay RİH-nin Yeniarx İcra Nümayəndəliyindən şikayətçi olduğunu bildirən sakinlər etiraz edib.

Sakinlər bildirib ki, icra nümayəndəsi Əhməd Məmmədov tərəfindən örüş yerləri zəbt olunub. Sakinlər qeyd edib ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər lakin heç bir müsbət nəticə əldə edə bilməyiblər.  

Kənd sakinləri deyib ki, örüş sahəsinin zəbt olunması səbəbindən 300-ə yaxın ailə heyvanlarını otarmaqda əziyyət çəkir. 

Aksiya zamanı insident yaşanmayıb.