Göydəniz Qəhramanov seçicilərlə görüşdü
Milli Məclisin deputatı Göydəniz Qəhramanov seçicilərlə görüşdü
XALQ.AZ xəbər verir ki,millət vəkili aprelin 10-da vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Yasamal rayon 17 saylı üçüncü seçki dairəsinin sakinlərini narahat edən məsələləri dinlədim və qeydə aldım. Görüş əsnasında onları maraqlandıran sualları cavablandırdım deyə deputat bildirib.
Millət vəkili qeyd edib ki, sakinlər tərəfindən qaldırılan məsələlərə dair aidiyyatı üzrə müraciətlər olunacaq.