Göyşaban kəndindəki görüş qızğın diskusiya şəklində keçdi

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyev seçki dairəsinə daxil olan Göyşaban kəndində seçicilərlə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, Göyşaban kənd çayxanasında keçirilən görüşdə Göyşaban seçiciləri ilə yanaşı Ürgə kəndinin seçiciləri də iştirak ediblər.

Seçicilər qarşısında çıxış edən Rüfət Quliyev respublikada hökm sürən hərsahəlisabitlikdən, möhtərəm Prezidentin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial islahatlardan, xüsusilə pensiya islahatlarından, geniş quruculuq-abadlıq işlərindən, iqtisadiyyatın inkişaf istiqamətlərindən, beynəlxalq aləmdə baş verən hadisələrdən, dünya miqyasında Azərbaycanın ilbəil artan nüfuzundan geniş bəhs edib. Sonra o, deputatlıq fəaliyyəti dövründə gördüyü işlər barədə bir növ hesabat verib. Görüşdə çıxış edənlər – Əbdulqəni Əliyev, Hacı Mərafət Musayev, Mirtahir Babayev və başqaları deputatın fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib və ona uğurlar arzulayıblar. Çıxışlardamövcud problemlərdən də geniş danışılıb, həlli yolları gündəmə gətirilib.

Sonda çıxış edən deputatlığa namizəd seçicilərin çoxsaylı dialoq şəklində cavablandırmış və yenidən deputat seçiləcəyi təqdirdə ölkənin Ali Qanunverici Orqanında onları yenə də ləyaqətlə təmsil edəcəyini vurğulayıb.

Görüş zamanı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək Rüfət Quliyevə səs verəcəklərini bildiriblər. Görüş seçicilərin yüksək coşqusu şəraitində başa çatıb.