Gözünü yum və…

Yuxusuzluq və ya yuxunun pozulması, demək olar, hər kəsin qarşılaşdığı problemdir. Bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir.
Xalq.az big.az-a istinadla xəbər verir ki, dərinin gecə qulluğunu aşağıdakı üsullarla dəyişdirməyi yoxla, rahat yuxuya get və səhərlər daha enerjili hiss et.

1. HAZIRLIQ
Sən çarpayıda adətən nələr edirsən: istirahət edirsən, işləyirsən, popkor yeyərək seriala baxırsan və hətta şam yeməyi yeyirsən? Əgər belədirsə, daha faydalı vərdişlərə başla: Yataqda – yalnız yuxu! Qoy sənin evində tamamilə rahat istirahət üçün ayrılmış məkan olsun. Keyfiyyətli döşək və xoşagələn parçadan yataq dəsti seçərək, gecə lampası qoyaraq və küçədən gələn işıqların qarşısını alan qalın pərdə asaraq, oranı əsil rahatlıq verən bir məkana çevir. Bütün əlavə əşyaları yığışdır- xüsusilə də televizoru.

2. GÜN ƏRZİNDƏ
Sevimli idmanınla məşğul ol, lakin yalnız axşamlar deyil: beləcə rahatlaşacaq, bütün yığılmış stresi və artıq enerjini üzərindən atacaqsan. Gündüz yuxusundan imtina et: hətta nahardan sonrakı 15-20 dəqiqəlik yuxu gecə yuxusunda problem yaradacaqdır. Yuxudan 8 saat öncə kofein qəbul etməmək yaxşı olardı- kofein tək qəhvənin tərkibində deyil həmçinin şokoladın da tərkibində var.

3. YUXUDAN 3-4 SAAT ÖNCƏ
Yungülvari şam yeməyi ye- yəqin ki, gecə aclıqdan oyanmaq istəməzsən! Zülal və kompleks karbohidratla zəngin qidaları qəbul et, onlar uzun müddət toxluq hissini saxlayır- lakin gecələr şirniyyat (həmçinin meyvələr) qəbul etmək lazım deyil, yalnız bədən formasına zərər verdiyi üçün deyil. Həmçinin şəkər, yuxuya getməyə mane olan və yuxu keyfiyyətini aşağı salan qlukozanın öncə qanda qalxmasına və sonra da birdən-birə düşməsinə səbəb olur.

4. YUXUDAN 2 SAAT ÖNCƏ
Bütün elektrik cihazlarını söndür: ekran yuxu hormanları istehsalına mənfi təsir edən mavi işıq saçır. Bundan başqa yeni məlumat beyin fəaliyyətini stimullaşdırır və iş gününün ortası kimi gümrahlığı qaytarır. “Bir seriya daha və sonra yatmaq”dansa kitab oxu, meditasiya et və ya isti vanna qəbul et, nəmləndirmək üçün isə rahatlaşdırıcı lavanda ətirli yağ istifadə et.

5. YATMAZDAN ÖNCƏ
Bədənin üst hissəsinə və yastığa, bədəni və beyini sakitləşdirən lavanda efir yağı tərkibli xüsusi sprey püskürt. Yuxu maskasını geyin – o, işığın qarşısını tamamilə alır və zil qaranlıq effekti yaradır. Qulaqlıqlar tax ki, heç bir xışıltı yatmağa mane olmasın. Gözünü yum və bədəninin get-gedə necə rahatlaşdığını hiss et. Çox güman ki, sən bir də səhər oyananda gözünü açacaqsan!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.