Güclü küləyin Bakıda törətdiyi fəsadlar – Foto

asdi5

Ölkə ərazisində davam edən güclü külək daha bir fəsad törədib.

XALQ.AZ-ın məlumatına görə, hadisə Bakının Bibiheybət qəsəbəsində “Jurnalistlər evi” deyilən ərazidə baş verib.

Belə ki, mənzillərdən birinin eyvanının dəmir qoruyucusu yerindən çıxaraq, yaxınlıqda park olunmuş avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

**

Daha bir hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 

Rayonun Təbriz küçəsində ağac aşıb. 

100478118 837560463400571 3849962513235968000 n

**

Paytaxtın Nizami küçəsində isə güclü külək nəticəsində ağac avtomobilin üzərinə aşıb. Nəticədə nəqliyyat vasitəsinə zərər dəyib. 

qaf