Gülən məktəblərinə daha bir zərbə

Gulen

Türkiyənin Milli Təhsil Nazirliyi bələdiyyə seçkilərindən sonra ölkədə fəaliyyət göstərən Gülən məktəblərinə qarşı “əməliyyat”a başlayıb. Belə ki, özəl məktəblərdən dövlətin balansında olan təhsil müəssisələrinə keçmək isətəyən şagirdlər üçün təyin edilmiş boş yerləri ləğv edib.

Xalq.az-ın məlumatına görə, təhsil naziri Nabi Avcı məsələ ilə bağlı ölkənin 81 vilayətinin qubernatoruna məktub göndərib. Beləcə, cari tədris ilinin sonuna qədər Gülən məktəblərində oxuyan bütün şagirdlər təhsil nazirliyinin müəyyən etdiyi ballarla dövlət məktəblərinə keçə bilərlər.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan fevral ayında keçirdiyi mitinqdə Gülən məktəblərinə eyham vuraraq bunları demişdi: “Bu məktəblərə uşaqlarını göndərməyin. Çünki bu məktəblərdə yalan, fırıldaqçılıq, böhtan var. Onlara uşaqlarını məktəblərinə göndərməyərək dərslərini verəcəyik”.