GÜLMƏLİDİR, AVROPA AVARALARI!

Qaçaq qoçaqdan qaçar və ya dovşanların “əzələ nümayişi”

Çoxumuzun klassik mənada avara saydığımız insanlar təkcə içki aludəçiləri və narkomanlar deyil, həm də keçirdikləri həyat tərzi heç də onların həyat tərzindən bir o qədər də fərqlənməyən boşboğazlardır. Birinci və ikincilər hardasa fiziki mənada qüsurlu olub, faciələrə gətirib çıxaracaq vərdişlərə sahib olsalar da, üçüncülər daha urvatsız və düşükdülər. Boşboğazlar daha yırtıcıdır, hara düşdülərsə dağıdırlar, onlar heç kimi və heç nəyi qəbul etmir və ömrülərinin sonuna qədər bu murdar xislətini davam etdirirlər.

Hindistan kinematoqrafçıları “Avara” filmini çəkilişə hazırlayarkən yekun qənaət gəldilər: “Avara”lar təkcə içki alüdəçisi deyil. Avaraçılıq məsuliyyətsizliyin nəticəsidir”. Baxmayaraq ki, bü gün bəhs edəcəyim mövzü “Avara” filmi barədə deyil, amma ona yaxın bir mövzu haqqında olacaq. Bu dəfə “Avropa avaraları”ndan, daha doğrusu Avropada qaçıb-gizlənən, şirə dönən, ölkə rəhbərliyini, dövlət rəsmilərini, ictimai-siyasi baxımdan aktiv şəxsləri hədəfə alan avaralardan və onların yenicə başlatdığı çirkin “söyüş kampaniyası”ndan söhbət açılacaq. Məlumdur ki, ölkədə bir canlanma var, qarşıdan prezident seçkiləri gəlir. Bu hadisə zaman-zaman bəzi qüvvələri narahat edib, bu gündə bu narahatlıq davam edir. Əslində təbiidir. Çünki Azərbaycan durmadan inkişaf edir, regionun lider, dünyanınsa önəmli bir dövlətidir. Ölkəmizin iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Seçkiöncəsi beynəlxalq dairələrin hərəkətə keçməsi, muzdlu trolları işə salması gözlənilən idi. Lakin bir həqiqət var ki, onlar heç zaman öz çirkin məqsədlərinə nail olmayıblar və heç şübhəsiz bu dəfə də buna nail olmayacaqlar. Vaxtı ilə Məhsul stadionuna toplaşmağa pul ayıranlar bu gün “Avropa avaraları”na avro köçürürlər. Vicdanlarını avroya satanlar isə vətənpərvərlikdən və inqlabdan danışırlar. Nə qədər avro verilib? Onu artıq hamı bilir. “Avropa avaraları” sosial şəbəkələrdə dilimizə yaraşmayan, hətta qramatik nitqlə uzlaşmayan sözlər və fikirlər səsləndirirlər. Onlar ac toyuq yuxuda darı görən kimi, iddia edirlər ki, artıq ölkəmizdə inqlab baş verir. Kim nə deyir desin, amma hamı şəkərbura və paxlava ilə çay içir! Gülməlidir “Avropa avaraları”, elə deyilmi!

Hətta yerləşdikləri arealdakı sivilizasiyaya yad davranan və özlərini axırıncı yola qoyan “Avropa avaraları” bilməlidirlər ki, onların da sonuna az qalıb. Onların siyasi təcrübəsi yoxdur, çünki avaradırlar. Bilmirlər ki, bundan öncə də Azərbaycana qarşı müxtəlif beynəlxalq təşkilatlar məkrli məqsədlər naminə maliyyə ayırıblar. Həmin maliyyənin məbləğində dövlətini satmaq, onun rəhbərini və komandasını gözdən salmaq niyyəti əslində bir məqsədə xidmət edib – həmin qüvvələrin trolları olduqları beynəlxalq təşkilatların iqtisadi maraqlarına. Onlar da öz maraqlarını təmin edən kimi, birinci zərbə altına məhz – üzükölgəli trolları, sizləri, “göz acları”nı, xırda maddi maraqlara görə, dövlətini satmağa hazır mənəviyyatsız adamları alət edirlər. Məhz buna görə sizlərin də sonuna az, özü də lap az qalıb. Bu başıpozuqlar unudurlar ki, İlham Əliyevin milyonlarla dəstəkçisinin hamısı YAP-ın üzvü deyil, onların arasında minlərlə, onminlərlə xaricdə yaşayan soydaşlarımız da var. Siz bu qədər adamın seçim azadlığına həyasızcasına müdaxilə etmək istəyir, hətta məkrli planlarınızı söyüş söyməklə həyata keçirirsiniz. Çünki bu iqtidarla mübarizə aparmağa nə siyasi savadınız, nə intellektiniz, nədə ki təcrübəniz var. Bunu başa düşürsünüz və arvad kimi söyüşlər yağdırırsınız. Birdəki söyüş ailədən gələn bir məsələdir. Əgər bir insan ailədə bir valideynin digər valideyni söyməsinə adətkardırsa, şüurunun formalaşdığı dövrlərdə vaxtaşırı söyüşlərə qonaq olubsa, o söyüləcək. Özü də bu söyüşü stimullaşdıracaq “Corc dayı”ların qrantları ola, “vur bədənə getsin”. Danışanda milli təəssübdən, milli maraqlardan danışırsız, amma dədə-baba yurdunuzu atıb qaçır, xarici qucaqlarda oturur, dövlətinizi satırsınız, bəlkə bu ayıbınıza kor olasınız. Bəli, bu gün Cənab Prezident İlham Əliyevin, dövlət rəsmilərinin, Əli Həsənovun, Ramil Usubovun, Mədət Quliyevin və digər vətəndaşa xidmət edənlərin sizdən fərqi odur ki, onlar heç zaman imkan verməyiblər ki, ölkəmizin problemləri digər dövlətlərdə müzakirə olunsun, Azərbaycan kiminsə ruporu olsun. Siz öz ölkənizi satıb qaçıb xaricdə gizlənəndə onlar burada daxili sabitliyi qoruyur, ölkəmizin inkişafı ilə məşğul olurlar. Əslində müqayisənin özü də qüsurludur. Axı siz normal adamlar deyilsiz – “Avropa avaraları”sız. Məncə bu qədər yetər – “Qaçaq qoçaqdan qaçar” deyib atalarımız.

Zaur MİRZƏ-ZADƏ   “DAİM”-in sədri

XALQ.AZ-ın  Baş redaktoru