Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görür ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər, çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Bunula yanaşı təhsil sistemində əmələ gəlmiş başıpozuqluğa, hərcmərcliyə son qoyuldu, təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar ordan uzaqlaşdırılaraq peşəkar, bacarıqlı, işgüzar alimlər, müəllimlər təhsilin idarə edilməsinə gətirildilər. Dərslik problemini həll etmək üçün əvvəlcə 1-4 – cü siniflər, sonra isə yuxarı siniflər üçün dövlət vəsaiti hesabına dərsliklər çap olunmağa başlandı. Təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün prezidentin sərəncamı ilə 1998- ci il martın 30- da Dövlət Komissiyası yaradıldı. Müstəqil Azərbaycan müəllimlərinin 1998- ci ildə I qurultayı keçirildi. Qurultayda Heydər Əliyevin təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli ilə bağlı çıxışı oldu. Qurultayda həmçinin tariximizdə ilk dəfə olaraq Respublika Təhsil Şurası yaradıldı. Sonralar ulu öndər tərəfindən verilmiş “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirlməsi haqqında” 13 iyun 2000- ci il tarixli, “Dövlət dilinin tətbiqi işinin təkmişlləşdirilməsi haqqında” 18 iyun 2001- ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günün (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002- ci il tarixli fərmanlar, sərəncamlar təhsilimizi dünya standartların səviyyəsinə qaldırdı. Hal- hazırda ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirməkdədir Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Hacıverdi qızı Babaşova

 

 

Orxan