Gülsel Səfərova bır sıra təkliflərlə çıxış edib

 

05

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova  13-14 sentyabr 2013-cü il tarixində İsveçin paytaxtı Stokholmda keçirilən Nobel Qardaşlarının II Elmi-İnnovativ konfransında iştirak edib. SİA-nın məlumatına görə, konfrans Nobel Oil LTD-nin dəstəyi ilə Stokholmdakı Biznes Tarixi üzrə Mərkəzlə və tədbirin təşkilatçısı Azərbaycan Skandinaviya Əməkdaşlığı İB-nin birgə əməkdaşlığı ilə keçirilib. AGAT sədri Gülsel Səfərova Nobel Qardaşlarının Elmi-İnnovativ Konfransının gənclər əlaqəsini daha sıx etmək üçün, eləcə də gənc novatorların bu konfransa cəlbi və onların ideyalarınım paylaşılması üçün Gənclər Forumunun yaradılmasını təklif edib.

Konfransın idarə heyəti təklifi maraqla qarşılayıb və gələcəkdə belə Gənclər Forumunun yaradılması ilə bağlı ilkin danışıqlara hazır olduqlarının bildiriblər.

Tədbirdə ARDNŞ-nın vitse-prezidenti Vitaliy Bəylərbəyov, “Nobel International Fraternity” təşkilatının sədri Filip Nobel, Bakı nobel irsi fondunun sədri doktor Toğrul Bağırov, nobel sustainability trust təşkilatının sədri Piter Nobel, Stokholmda  nobel fondunun icraçı direktoru Lars Heikensten və digər yüksək rütbəli insanlar məruzə ilə çıxış ediblər.

Konfransın ümumi məqsədi texniki, ictimai və ictimai-iqtisadi sahədə uğurlu innovasiaların tanınmasının genişləndirilməsindən ibarətdir. Bu konfrans zamanı spesifik diqqət o zamanki geosiyasi reallıqlar və Branobelin milliləşdirilməsinin dünya neft sənayesi üçün fəsadlarına yönəlib.

Qeyd edək ki, konfransın tərəfdaşları Nobel Ailəsi Cəmiyyəti, Stokholmdakı Nobel Muzeyi, Stokholmdakı Biznes Tarixi üzrə Mərkəz, Bakı Nobel İrsi Fondu, Beynəlxalq Nobel Qardaşlığı fondu, Azərbaycan Milli Tarix Arxivi, Gürcüstanın Milli Arxivi, Nobel qardaşlarının Batumi Texnoloji Muzeyi kimi beynəlxalq təsisatlardır. Konfrans Nobel Oil LTD-nin dəstəyi ilə Stokholmdakı Biznes Tarixi üzrə Mərkəzlə və tədbirin təşkilatçısı Azərbaycan Scandinaviya Əməkdaşlığı İB-nin birgə əməkdaşlığı ilə keçirilib.