Gülsel Səfərova Stokholmda konfransda iştirak edib

17

 

13-14 sentyabr, 2013-cü il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova İsveçin paytaxtı Stokholmda keçiriləcək Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransında iştirak edəcək.

AZXEBER.COM xəbər verir ki, konfrans Nobel Oil LTD-nin dəstəyi ilə Stokholmdakı Biznes Tarixi üzrə Mərkəzlə və tədbirin təşkilatçısı Azərbaycan Skandinaviya Əməkdaşlığı İB-nin birgə əməkdaşlığı ilə keçirilir.

Konfransın ümumi məqsədi texniki, ictimai və ictimai-iqtisadi sahədə uğurlu innovasiaların tanınmasının genişləndirilməsindən ibarətdir. Bu konfrans zamanı spesifik diqqət o zamanki geosiyasi reallıqlar və Branobelin milliləşdirilməsinin dünya neft sənayesi üçün fəsadlarına yönələcək.

Qeyd edek ki, Konfransın tərəfdaşları Nobel Ailəsi Cəmiyyəti, Stokholmdakı Nobel Muzeyi, Stokholmdakı Biznes Tarixi üzrə Mərkəz, Bakı Nobel İrsi Fondu, Beynəlxalq Nobel Qardaşlığı fondu, Azərbaycan Milli Tarix Arxivi, Gürcüstanın Milli Arxivi, Nobel qardaşlarının Batumi Texnoloji Muzeyi kimi beynəlxalq təsisatlardır.