Gümrah olmaq üçün gəzintiyə çıxın

Yaşlı qadınların gümrah qalması üçün həftədə azı 150 dəqiqə ərzində orta intesivlikli fiziki tapşırıqlar yerinə yetirmələri, o cümlədən, gəzintiyə çıxmalıdır. Bu tövsiyələr fiziki aktivliklə sağlamlıq səviyyəsi arasındakı qarşılıqlı əlaqəni tədqiq edən elmi araşdırmaya əsaslanır.
XALQ.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzetində məqalə dərc olunub.
Bəzi mütəxəssislər fiziki tapşırıqların və ya fiziki yüklənmənin dəqiqələrlə ölçülməsinin düzgün yanaşma olmadığını hesab edir və alternativ metodlar irəli sürür.
Harvard Universitetinin tibb professoru Ay-Min Linin fikrinə görə, yaşlı qadınlarda fiziki yüklənmə səviyyəsini addım sayı ilə ölçmək daha məqsədəuyğundur.
Professor Li və onun həmkarları qadınların gümrah və sağlam qalması üçün müəyyən vaxt kəsiyində nə qədər addım atmalı olduğunu araşdırıb. Onlar yaşı 70-dən yuxarı 17 mindən çox qadın arasında aparılan müşahidələrin nəticələrini təhlil edib.
Mütəxəssislər qət edib ki, erkən ölüm riskini aşağı salmaq üçün günə 7,5 min addım atmaq lazımdır. Orta göstərici isə sakit gəzinti şəraitində 4,5 min addımdır.

Yeganə