“Günəşli” faciəsindən 3 il ötür

Bu gün “Günəşli” neft yatağında baş vermiş faciədən 3 il ötür.
XALQ.AZ  xəbər verir ki, “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş hadisə nəticəsində 63 nəfər zərər çəkib.
Ümumilikdə yanğın zamanı platformadakı 33 nəfər xilas edilib, 11 nəfər həlak olub. 19 neftçi itkin düşmüş kimi qeydə alınıb.
Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunmuşdu.
Qeyd edək ki, həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.