Günay Ağamalı qazilərlə görüşdü
Milli Məclisin deputatı Günay Ağamalı qazilərlə görüşdü.
XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Günay Ağamalı qazilərlə görüş keçirdi. Görüş zamanı vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinə və qazilərə göstərilən dövlət qayğısı, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə müzakirə aparıldı.
Deputat qazilərin qəhrəmanlığını yüksək qiymətləndirərək onların fədakarlığının unudulmaz olduğunu vurğuladı. O, Azərbaycan dövlətinin, xüsusilə, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinin və qazilərin yanında olduğunu xüsusi olaraq qeyd etdi.
Görüşdə qazilər öz təkliflərini səsləndirdilər. Millət vəkili Günay Ağamalı qazilərin səsləndirdiyi məsələlərin diqqətə alınacağını və aidiyyəti qurumlara ünvanlanacağını qeyd etdi.
Milli Məclisin deputatı Günay Ağamalı bu kimi görüşlərin qazilərin üzləşdikləri müəyyən situasiyaların həllinə və onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə vermək baxımından böyük əhəmiyyət kəsb etdiyini, onların daim cəmiyyətin diqqətində olduğunu diqqətə çatdırdı.