Günay Ledi Qaqa obrazında – VİDEO

Müğənni Günay İbrahimli “Qram-qram” adlı yeni klipini təqdim edib.

Xalq.Az xəbər verir ki, sənətçi bu dəfə sözləri və musiqisi Elvin Muxtara aid bəstəni ekranlaşdırıb.

Sənətçi yeni layihəsini gənc rejissor Nuran Məmmədova həvalə edib. Çəkilişlər G.İbrahimlinin dəbdəbəli villasında lentə alınıb, bunun üçün sənətçinin mənzilində studiya quraşdırılıb.

Böyük komandanın çalışdığı ekran işinin çəkilişləri 24 saat davam edib. İbrahimli yeni işi üçün dörd fərqli obrazda kamera qarşısına keçib. Günayın sözlərinə görə, bu dəfə o, heç bir modelyerlə əməkdaşlıq etməyib, geyimlərini özü hazırlayıb.

Qeyd edək ki, G.İbrahimlinin klipində bəzi obrazlar dünya şöhrətli müğənni Ledi Qaqanın “Applause” klipi ilə oxşardır.


Comments are closed.