Günay Malikqızına vəzifə verildi

Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinə yeni müdir təyin edilib.

XALQ.AZ xəbər verir ki, bu vəzifəyə Speys TV-nin keçmiş aparıcısı, uzun illərdir “Park Bulvar” AVM-in mətbuat katibi vəzifəsini icra edən Günay Malikqızı təyin edilib.

Xatırladaq ki, G.Malikqızından əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri vəzifəsini Əzizə İsmayılova icra edib.