Günay Yelmarqızına vəzifə verildi

Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızına vəzifə verilib.

 

XALQ.AZ xəbər verir ki, bu barədə xəbər sosial şəbəkədə yayılıb. Məlumatda deyilir ki, o Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb. 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.

Jurnalistika fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.\

 

 

Orxan