Gunayın evinə oğrular girib

 

02

Türkiyədə yaşayan və aktyor Tolqa Karellə ailə həyatı quran model Günay Musayevanın evinə oğrular girib.

Xalq.az xəbər verir ki, bu haqda model sosial şəbəkədə yazıb.

O, evə girən oğruların şəxsiyyət vəsizəsindən tutmuş, avtomobillərinə kimi hər şeyi götürdüklərini deyib:

“Bu gün yenə oğurluq şoku ilə yuxudan oyandıq. Evimə girənlər seyfdən şəxsiyyət vəsiqələrimdən tutmuş zinət əşyalarıma kimi hər şeyi götürüblər. Pullarımızı da oğurlamaları bəs etməyib, mətbəxdən kompüterimi və

Tolqanın avtomobilinin açarlarını götürüblər. Beləcə, rahat maşınımıza minib gediblər.

Biz də yan otaqda yatmışıq. Bu necə rahatlıqdır belə? Və polislər əllərində videogörüntü olmasına baxmayaraq, hələ də adamları tapa bilməyiblər. Hadisədən neçə saat keçib”.