Gürcüstan sərhədində gərginlik- Ermənilər saxlanıldı

Gürcüstanın sərhəd polisi Ermənistandan bu ölkəyə qanunsuz keçməyə çalışan 4 nəfəri saxlayıb.

XALQ.AZ-ın məlumatına görə, Ermənistan vətəndaşları olduğu müəyyən edilən şəxslər Gürcüstan ərazisinə sərhəd-keçid məntəqəsindən kənarda keçməyə cəhd göstərib.

Gürcüstan qanunvericiliyinə əsasən, həmin şəxslər 5 il müddətinədək həbs oluna bilər.

Hadisənin digər təfərrüatları məlum deyil.