Gürcüstanda güclü zəlzələ Azərbaycanda təşviş yaratdı

45

 

Qonşu Gürcüstanda 5,8 maqnitudada zəlzələ baş verib.

Gün.Az xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Məlumata görə, bu gün 09:09-da Zaqataladan 85 km Şimal-Qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Yer səthinə çox yaxın – cəmi 8 km dərinlikdə baş verən yeraltı təkan Azərbaycanın şimal-qərb bölgələrində hiss olunub.

Gürcüstanda dağıntı və insan tələfatının olması barədə məlumat yoxdur.