Gürcustanda zəlzələ baş verib

 

03

Gürcüstanın qərbində, Raca-Leçxumi bölgəsində 3 bal gücündə zəlzələ baş vermişdir. Yeraltı təkanların episentrinin Oni şəhərinin iki kilometrliyində yerləşdiyi bildirilir.
Tələfat və dağıntı barədə məlumat verilmir.
Xatırladaq ki, bu bölgədə 22 il əvvəl baş vermiş güclü zəlzələ nəticəsində 200 nəfərədək insan həlak olmuş, 46 min evə və minədək sənaye obyektinə ziyan dəymişdi.