Gürcüstandan geri çağırılan səfir bu nazir müavininin qardaşıdır

ramizz

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. 

XALQ.AZ-ın məlumatına 21 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilən Dursun Ayvaz oğlu Həsənov bu gün ölkə başçısının sərəncamı ilə geri çağırılıb.

Məlumat üçün bildirək ki, Dursun Həsənov hazırda Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışan Ramiz Həsənovun qardaşıdır. 

img

Qeyd edək ki, Ramiz Həsənov da 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalış çalışıb.