“Güvənli” lombardının rəhbərinin qanunsuzluğu aşkarlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) lombard fəaliyyəti ilə məşğul olan “Güvənli” MMC-ni, eləcə də onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
XALQ.AZ-a Mərkəzi Bankdan məlumat verirlib .
Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə “Güvənli” MMC 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.