Həbibə ali mükafat təqdim olundu

UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanın ali mükafatına layiq görülüb. 

XALQ.AZ xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin sərəncamı ilə H.Nurməhəmmədova “Dağıstan Respublikası qarşısında xidmətlərə görə” ordeni verilib.

Onun məşqçisi və atası Abdulmanap Nurməhəmmədov isə “Dağıstan Respublikasında fiziki mədəniyyət və idman sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Mükafatların təqdimat mərasimində çıxış edən H.Nurməhəmmədov bildirib ki, sonuncu dəfə medal 2011-ci ildə Dünya kubokunda qazanıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.