Hədəfimiz Şuşanın azad edilməsidir -Prezident

prezzz

“Mən Azərbaycanın kəndlərini bir-birindən fərqləndirmirəm”.

XALQ.AZ məlumat verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.

Demək olar ki, hər gün yeni yüksəkliklər, ərazilər işğaldan azad edilir. Füzulinin əksər kəndləri bizdədir, Füzuli artıq bizim gözümüzün önündədir. Bütün istiqamətlərdə böyük uğurlar əldə etmişik”.

“Amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”, -deyə dövlət başçısı bildirib.