“Həzi Aslanov” stansiyasının eskalatoru istifadəyə verildi

modern.az  DSC4024 884

Cari ilin yanvar ayında “Həzi Aslanov” stansiyasının əsaslı təmirə dayandırılmış “ET-5M” tipli 1 saylı eskalatoru yenidən istismara verilib.

XALQ.AZ xəbər verir ki, stansiyanın 1 saylı eskalatoru istismara verildiyi vaxtdan bu təmir növünə ilk dəfə dayandırılıb.

Qeyd edək ki, müvafiq texniki-normativ qaydalara uyğun olaraq, ET-5M tipli eskalatorlar 150.000 km-dək qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır.

Təmir dövründə eskalatorun əsas hissələri və qovşaqları sökülərək, təftiş olunub, zəruri yenilənmə və təmir tədbirləri yerinə yetirilib. Bütün işlər metropolitenin eskalatorların təmiri üzrə müvafiq sahəsinin peşəkar və ixtisaslaşmış kadrları tərəfindən icra olunub. İyun ayında eskalatorların təmiri tam yekunlaşdırılaraq, sınaq tənzimləmə işləri aparılıb. Uğurlu sınaq və müvafiq yoxlamalardan sonra eskalator istismara hazır vəziyyətə gətirilib.


Təmirin gedişinə nəzarəti eskalator xidməti yerinə yetirib. Təlimat tələblərinə uyğun olaraq, sonuncu sınaq və təhvil prosesi müvafiq müfəttişlik sahəsinin rəhbərliyi altında həyata keçirilib.

DSC40161600065540
DSC40241600065540
DSC41191600065540

XALQ.AZ