Həbsxanada iğtişaş

 

79

 

Böyük Britaniyanın Meydstoun şəhərinin (Kent qraflığı) həbsxanasında məhbuslar iğtişaş törədib.

Hazırda penitensiar müəssisəsinin rəhbərliyi etirazçılarla danışıqlar aparır. Yerli KİV-lərin məlumatına görə, iğtişaşlarda 180-dək məhbus iştirak edir.

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, iğtişaşlar seksual zorakılığa görə məhkum edilmiş məhbusların saxlanıldığı korpusda baş verib. Bu korpusda həmçinin 1,5 ildən çox müddətə məhkum edilmiş xarici vətəndaşlar saxlanılır.

“Son zamanlar Meydstoun həbsxanasının personalına ayrılan vəsaitlərin həcmi azalıb, bu da saxlanılma şəraitinə təsir edib. İnsidentə səbəb məhz bunun olduğu ehtimal edilir”, deyə həbsxana rəhbərliyindəki mənbə “BBC”yə bildirib.

Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. İnsidentin digər təfərrüatları açıqlanmır. Xəsarət alanlar barədə xəbər verilmir.