Həccə sənəd qəbulu başlandı

Həcc ziyarətinə sənəd qəbulu başladı

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.

XALQ.AZ xəbər verir ki,  QMİ-dən bildirilib ki, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və səfərlər təyyarə ilə həyata keçiriləcək.

Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.