Həcc ziyarətinin başlayacağı vaxt açıqlandı

hacc

 

Azərbaycanlı zəvvarları müqəddəs şəhərə aparacaq ilk təyyarə oktyabrın 3-də uçacaq

Bu il Azərbaycan Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq. Elə həmin gün azərbaycanlı zəvvarları aparan ilk təyyarə reysi Səudiyyə Ərəbistanına yola düşəcək. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, oktyabrın 3-dən başlayaraq 5 gün ərzində bütün reyslər həyata keçiriləcək.
Ötən illərdən fərqli olaraq, bu il bütün dünya ölkəlləri üzrə ziyarətə gedəcək zəvvarların kvotası 20 faiz azaldılıb.