“Həftədə 200-500 xəstəni qəbul etmək imkanına malikik”

“Karantin müəssisələrində həftə ərzində 200-500 vətəndaşı qəbul etmək imkanına malikik”.

XALQ.AZ-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, xəstə sayı artıqca ona qulluq etməli olan tibb işçilərinin də sayı artır:

“İndiyədək personalla bağlı bir çatışmazlıq olmayıb. Çünki digər tibb müəssisələrinin də potensialından istifadə edilib və onların işçilərinə təlimlər keçirilib. Amma təbii ki, resurslar tükənə bilər. Biz onların istirahətlə işini təşkil edirik”.

R.Bayramlı əlavə edib ki, Aszərbaycanda COVİD-19-la mübarizə üçün istifadə edilən fərdi qoruyucu vasitələrin, kombinzonların, maskaların, antivurus preparatlarının sayı kifayət qədərdir:

“Bu məsələdə hər hansı problemimiz yoxdur. Amma bizi narahat edən xəstəliyə yoluxma sayının sürətlə artmasıdır”