Həkimlərin imtahanı keçiriləçək

 

xtisası üzrə təkmilləşdirmə və ya ixtisasartırma kurslarında, eləcə də “cüzam” profili üzrə klinik ordinaturada təhsil müddəti səhiyyə işçilərinin  fasiləsiz əmək stajına daxil edilməyəcək.

XALQ.AZ -ın  məlumatına görə, Səhiyyə Nazirliyinin 15 sentyabr 2005-ci il tarixli əmri ilə təsdiq edilmiş “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nda İxtisası üzrə təkmilləşdirmə və ya ixtisasartırma kurslarında, eləcə də “cüzam” profili üzrə klinik ordinaturada təhsil müddəti səhiyyə işçilərinin fasiləsiz əmək stajına daxil edilib və indiyə qədər səhiyyə işçiləri bununla əlaqədar əlavə haqq alıblar.

Səhiyyə Nazirliyinin Kollegiyasının 8 fevral 2017-ci il tarixli qərarı ilə təsdiqlənən və fevralın 16-da qüvvəyə minən “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nda isə ixtisası üzrə təkmilləşdirmə və ya ixtisasartırma kurslarında, eləcə də “cüzam” profili üzrə klinik ordinaturada təhsil müddəti fasiləsiz əmək stajına daxil edilməyib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nə əsasən ayrı-ayrı səhiyyə müəssisələrində çalışan səhiyyə işçilərinə fasiləsiz əmək stajına görə hər ay ödənilən əlavə haqqın miqdarı müəyyənləşdirilib. Qərara əsasən kənd yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələrində çalışanlar fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq (vəzifə (tarif) maaşından faizlə) hər ay əlavə haqq alırlar. Şəhər poliklinikalarının (bölmələrinin), o cümlədən kənd rayonlarının mərkəzi rayon xəstəxanalarının poliklinikalarının, mərkəzi rayon xəstəxanasının funksiyaları həvalə edilmiş mərkəzi rayon poliklinikalarının ərazi sahələrinin sahə həkim-terapevti və sahə həkim-pediatrı, terapiya və pediatriya bölməsinin müdiri, ərazi sahələrinin sahə tibb bacısı, evdə tibbi yardım göstərən məntəqələrin, bölmələrin həkim-terapevti, həkim-pediatrı, təcili tibbi yardım müəssisəsinin, stansiyasının, bölməsinin səyyar briqadalarının həkimi və orta tibb heyəti vəzifələrində çalışanlar, iş növbəsinin böyük həkimi, sanitar aviasiyası stansiyalarının, səhiyyə sisteminin respublika xəstəxanalarının planlı və fövqəladə məsləhət yardım bölmələrinin səyyar briqadalarının ixtisasından asılı olmayaraq həkimi və orta tibb heyət vəzifələrində çalışanlar, dəmir yolu və su nəqliyyatının poliklinika müəssisələrinin (bölmələrinin), eləcə də iqtisadiyyatın digər sahələrinin təhkim olunmuş ərazinin əhalisinə trbbi yardım göstərilməsi havalə edilən səhiyyə müəssisələrinin terapiya və pediatriya bölmələrinin müdiri, sahə həkim-terapevti, sahə həkim-pediatrı və ərazi sahələrinin sahə tibb bacısı, iqtisadiyyatın digər sahələrinin ambulator poliklinika müəssisələrinin terapiya və pediatriya bölmələrinin müdiri, sahə həkim-terapevti, sahə həkim-pediatrı və ərazi sahələrinin sahə tibb bacısı fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq hər ay əlavə haqq alırlar. Tibb-sanitar hissələrinin sex həkim sahəsinin həkim-terapevti fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 20 faizdən çox olmayaraq, tauna qarşı mübarizə müəssisələrinin və digər müəssisələrin ən təhlükəli yoluxucu xəstələrlə mübarizə aparan struktur bölmələrinin bütün kateqoriyadan olan tibb heyəti, qulluqçu vəzifələri və fəhlə peşələrində çalışanlar fasiləsiz əmək stajının hər ilinə görə 10 faiz miqdarında, lakin tibbi heyət üçün 80 faizdən, digər işçilər üçün isə 60 faizdən çox olmayaraq, cüzam xəstəliyinə qarşı mübarizə müəssisələrinin (bölmələrinin) bütün kateqoriyadan olan tibbi heyəti, qulluqçu vəzifələri və fəhlə peşələrində çalışanlar isə fasiləsiz əmək stajının 3 ildən 5 ilədək olduqda 15 faiz, 5 ildən 10 ilədək olduqda 25 faiz, 10 ildən çox olduqda isə 50 faiz miqdarında hər ay əlavə haqq alırlar.