Həmsədrlər Dağlıq Qarabağda olublar

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.

XALQ.AZ -ın xəbərinə görə, bu barədə News.am saytı məlumat yayıb.

Səfər çərçivəsində həmsədrlər işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüblər.

Bundan əlavə həmsdərlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə tanış olublar.

RƏSUL