“Hər bir adam bilirdi ki, onun ailəsində, nəslində döyüşən insanlar var”

“Azərbaycan II Dünya Müharibəsinə 2 əsas cəhətlə – təchizat və insan qüvvəsi ilə qoşulub”.

XALQ,AZ xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, 1992-ci ildə AXC-Müsavat hakimiyyətə gələndə bütün bu insanların üstündən xətt çəkdi:

“9 Mayı ləğv etməklə demək olar ki, ərazilərimizin işğalının əsasını qoydu. Bizim qəhrəmancasına vuruşan ata-babalarımızı vətən xaini adlandırmaqla torpaqlarımızın işğal olunmasına şərait yaratdılar. Hər bir adam bilirdi ki, onun ailəsində, nəslində döyüşən insanlar var. Amma onların özlərinin babaları, nəsil-nəcabətinin hamısı fərari idi. Özləri kimi fərarilərin adlarını ortaya çıxara bilmirdilər. O baxımdan da 9 Mayı ləğv edib, vətən xaini adlandırdılar. İstər Əfqanıstan, istərsə də II Dünya müharibəsində iştirak edənləri. Ulu öndərin hakimiyyətə gəlməsi ilə bu haqq-ədalət tamamilə bərpa olundu. Bu gün o insanlarımız da bilir ki, vətən o insanların arxasındadır”.