Hər kəs Prezident İlham Əliyevin apardığı uğurlu işləri görür və bəyənir

20

 

Bu gün Yeni Azərbaycan partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun sədrliyi ilə 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədi Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı Yasamal rayon sakinləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropolitenin rəisi Tağı Əhmədov, Milli Məclisin deputatı İsa Həbibbəyli və digər şəxslər iştirak ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək bildirib ki, son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük inkişafa nail olunub: “Azərbaycanda bütün sahələrdə yüksək tərəqqi və uğurlu nailiyyət əldə olunub. Hər kəs cənab Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və onu növbəti 5 ildə də prezident kimi görmək istəyir”.

Dövlətimiz tərəfindən Azərbaycan vətəndaşlarına göstərilən diqqət və qayğıdan danışan təşkilat sədri qeyd edib ki, Azərbaycan öz nümaunəsi ilə dünyaya örnək olan ölkədir.

Milli Məclisin deputatı İsa Həbibbəyli isə bildirib ki, “İlhamla İrəli” şüarı altında keçirilən bu kampaniya Azərbaycanı və onun vətəndaşlarını bir daha qələbəyə səsləyir: “İnanırıq ki, hər kəs öz səsini birmənalı şəkildə cənab Prezident İlham Əliyevə verəcək. Bununla da ölkəmizin daha da yüksək inkişafı naminə hər kəs öz töhfəsini vermiş olacaq”.

YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropolitenin rəisi Tağı Əhmədov dövlət tərəfindən hər bir evdə və küçədə aparılan abadlıq işlərinin yüksək səviyyədə davam etdirilməsindən danışıb: “Biz hər zaman çalışmalıyıq ki, bu işlər davamlı şəkildə həyata keçirilsin. İnanırıq ki, hər kəs birmənalı şəkildə müəyyən olunmuş məntəqələrə gələrək Prezident İlham Əliyevə öz səsini verəcək. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxili, həm də xarici siyasətdə çoxşaxəli inkişafa və uğurlara nail olunub. Ümid edirəm ki, artıq Azərbaycan xalqı və seçicisi əvvəlki seçici deyil. Siz bu gün hakim partiyanın namizədi Prezident İlham Əliyevə səs verməklə həm öz gələcəyinizi, həm də həyat şəraitinizin yaxşılaşmasına əlverişli şərait yaratmış olacaqsız”.

T.Əhmədov sözlərinə əlavə edib ki, 2012-ci ildə Bakıda keçirilən “Eurovision” beynəlxalq mahnı yarışması, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və digər uğurlu işlərin reallaşması Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Hər kəs Prezident İlham Əliyevin apardığı uğurlu işləri görür və bəyənir”.

Görüşün sonunda isə bir qrup Yasamal rayon sakini seçki ilə bağlı öz fikirlərini bölüşüb.

 

02 0304

04