“Hər mövsüm bir işıq” təqdim olundu

49

 

Bakıda Türkiyə Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatorluğunun, Azərbaycan Təhsil Nazirliyinin və “Avrasiya Beynəlxalq Araşdərmalar İnstitutu” İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Hər mövsüm bir işıq” mövzusunda Azərbaycan və Türkiyənin ortaq mədəniyyətlərinin dəyərli şəxsiyyətlərini anlamaq və təbliğ etmək layihəsinin təqdimatı keçirilib.

Xalq.az xəbər verir ki, orta məktəblərin VII, VIII və IX sinif şagirdlərini əhatə edəcək bu layihə çərçivəsində Azərbaycan və Türkiyənin görkəmli şəxsiyyətləri haqqında hər üç aydan-bir mükafatlı inşa müsabiqələrinin təşkili nəzərdə tutulub. Layihə mədəniyyət degenerasiyasına qarşı, ortaq dəyərləri yaşadıb təmsil edən şəxsiyyətləri daha yaxşı anlamaq və təbliğ etmək məqsədi ilə həyata keçirilir.

Layihənin ilk mərhələsində hər iki ölkənin böyük şəxsiyyətlərindən biri, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı inşa yazı müsabiqəsi elan edilib. Tədbirdə çıxış edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin koordnatoru Mustafa Haşim Polat qeyd edib ki, Azərbaycan və Türkiyənin görkəmli şəxsiyyəti olan Əli bəy Hüseynzadəni anmaq fəxrdir. O, Əli bəy Hüseynzadənin yazıçı, şair, görkəmli şəxsiyyət kimi yetişdiyini söyləyib. “Bu görkəmli şəxs öz xüsusiyyətləri ilə yanaşı, Balkan döyüşü zamanı Türkiyə ordusunun zabiti olub. Əli bəy həm də müharibə zamanı hərbi həkim kimi də fəaliyyət göstərib.

Əli bəy Hüseynzadə bizim ortaq tariximizdir. Onun 150 illiyi münasibəti ilə müsabiqə də keçiriləcək. Məqsəd gənclərimizin, insanlarımızın bu şəxsin kim olduğunu bilməsidir. Yəni Əli bəy deyəndə, ilk növbədə, onu Azərbaycan bayrağındakı rənglərin banisi, Türkiyənin siyasi həyatında böyük rol oynamış şəxsiyyət kimi xatırlasınlar”. Milli Məclisin deputatı Qənirə Paşayeva da Əli bəy Hüseynzadənin görkəmli şəxsiyyət, yazıçı, şair, jurnalist və istedadlı rəssam olduğunu söyləyib. Millət vəkili həmçinin vurğulayıb ki, gənclərimizin və bizim hamımızın vəfa borcumuzdur ki, bu şəxsləri tanıyaq.

“Bu yarışmanın əsas məqsədi gənclərimizi və Əli bəy Hüseynzadə kimi görkəmli şəxsiyyətlə tanış etməkdir. Əli bəy Hüseynzadənin millət sevgisi, vətən sevgisi insanlıq anlayışını bizim gənclər özləri üçün nümunə götürməlidirlər. Yəni, gənclərimiz özlərinin fakir və düşüncələrini formalaşdıranda bu böyük yazıçıdan ruh alsınlar. Əli bəy Hüseynzadə yaradıcılığını nəinki Türkiyədə hətta bütün türk dünyasında genişləndirməliyik. Bizim gənclərimiz harda yaşamalarından aslı olmayaraq millət, dövlət anlayışlarını unutmamalıdırlar”.

Millət vəkili Qənirə Paşayeva türkçülük dünyasının fikir babalarından olan Y.B.Hüseynzadənin 150 illik yubileyi ilə əlaqdər ölkəmizin başçısı İlham Əliyevin imzaladığı sərəncam çərçivəsində Türkiyənin Giresun, İstanbul şəhərlərindfə düzənlədiyi tədbirlərdən söz açdı.

Əlibəyşünas alim Azər Turanla birlikdə yazıb nəşr etdirdiyimiz “Əli bəy Hüseynzadə” kitabı türk ocaqları tərəfindən Türkiyə türkcəsində yenidən yayımlandı. Həmin kitabın təqdimatı Türkiyə və Azərbaycanda geniş şəkildə keçirildi. Ə.Hüseynzadə ilə bağlı belə bir inşa müsabiqəsinin keçirilməsi ilə bağlı təklifimizi dəstəkləyən Azərbaycan Təhsil Nazirliyinin rəhbərliyinə və TİKA-ya dərin minnətdarlığımı bildirirəm. Ə.Hüseynzadə irsi bizim ortaq milli sərvətimizdir.

Biz bu sərvətə sahib çıxmaqla höəm də ortaq dost və qardaşlığımızın bazını möhkəmləndirmiş oluruq. Təhsil nazirliyinin nümayəndəsi də çıxış edərək bu tipli müsabiqələrin yeni nəslin tarixi şəxsiyyətlərimizin həyat yolunu daha yaxından öyrənməsinə geniş imkanlar açıdığını vurğuladı. Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri “Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu müsabiqəsinin ekspert qrupunun rəhbəri kimi layihənin şəffaflığını və obyektivliyini təmin edəcəyini bildirid.