“Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq”

“Dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır”.

XALQ.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilmiş iclasında çıxışında deyib.

Prezident bəyan edib ki, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq: “Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.