Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib

Müdafiə Nazirliyinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “N” hərbi hissəsində mədəni-kütləvi tədbir keçirilib. XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilib. 

İştirakçılara təşkil olunan tədbirin mahiyyəti, şəxsi heyətin asudə vaxtının səmərəli təşkili barədə məlumat verilib. Qeyd olunub ki, belə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir və hərbi qulluqçulara böyük ruh yüksəkliyi aşılayır. 

Mədəni-kütləvi tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivi şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış edib. 

Sonda tədbirin təşkilində fəal iştirak edənlərə hərbi hissə komandiri adından fəxri fərmanlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.