Hərbi hissələrdə psixoloji işə dəstək tədbirləri keçirilib

Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularından ibarət işçi qrupu tərəfindən birlik, birləşmə və hərbi hissələrdə gənc əsgərlərin yeni həyat şəraitinə uyğunlaşması, hərbi xidmətə adaptasiya olunması və mənəvi-psixoloji hazırlığı istiqamətində yerinə yetirilən psixoloji işə dəstək fəaliyyətləri həyata keçirilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşlərdə əsgərlər üçün yaradılan xidməti-məişət şəraiti öyrənilib, hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, psixoloji testlər keçirilib və müvafiq tövsiyələr verilib.

Bundan əlavə birliklər və qoşun növlərində müvafiq kateqoriyadan olan zabit heyəti ilə ideoloji və psixoloji işin təşkili, hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi və digər mövzularda təlim-metodiki toplantılar da keçirilib.