Hərbiçilər arasında kütləvi zəhrlənmə olub

69

Gürcüstanda 60-dan çox hərbi qulluqçu zəhərlənib

Osiauri hərbi bazasından 61 hərbi qulluqçu mədə ağrısı ilə həkimə müraciət edib

 

Gürcüstanda növbəti kütləvi zəhərlənmə faktı orduda qeydə alınıb. ANS PRESS Trend-ə istinadla xəbər verir ki, Osiauri hərbi bazasından (ölkənin şərqi) 61 hərbi qulluqçu mədə ağrısı ilə həkimə müraciət edib.

Fakt üzrə hərbi polis tərəfindən cinayət işi açılıb.

İstintaqın ilkin mərhələsində müəyyən edilib ki, hadisə artıq işdən çıxarılmış aşpazın səhlənkarlığı ucbatından baş verib.